Ru
12:30 / 24 Mart 2026

KİV: Tramp gizlicə İranın yeni ali liderini seçib

KİV: Tramp gizlicə İranın yeni ali liderini seçib
Eye

ABŞ İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.

"Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır", - deyə xəbərdə bildirilib.

Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.

Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.

Dünən bir neçə KİV İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təkzib etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar