Ru
13:58 / 24 Mart 2026

Xuraman Şuşalının maşını su kanalına aşdı - FOTO

Xuraman Şuşalının maşını su kanalına aşdı - FOTO
Eye

Lənkəran rayonunda ailə üzvlərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakupost.az Nocomment.az-a istinadla xəbər verir ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən hissəsində “Audi Q7” markalı minik avtomobili idarəetməni itirərək qaz xəttinə çırpılıb və suötürücü kanala düşüb. Hadisə zamanı nəqliyyat vasitəsini Maya Hüseynova idarə edib.

Qeyd edək ki, qəzaya düşən avtomobil daha əvvəl müğənni Xuraman Şuşalıya məxsus olub.

Nəticədə avtomobildə olan 6 nəfər – eyni ailənin üzvləri müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar