Ru
14:32 / 24 Mart 2026

“BakuBus” avtobusu Sumqayıtda təhlükəli manevr etdi - VİDEO

“BakuBus” avtobusu Sumqayıtda təhlükəli manevr etdi - VİDEO
Eye

Sumqayıt şəhərində sərnişin avtobusu sürücüsünün törədilən kobud qayda pozuntusu digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 500 nömrəli xətt üzrə hərəkət edən "BakuBus"a məxsus avtobusun sürücüsü Zülfü Hacıyev və N.Nərimanov küçələrinin kəsişməsində dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozub. Sürücü "Stop" nişanının tələbinə əməl etməyərək birbaşa əsas yola çıxıb.

Nəticədə arxadan gələn nəqliyyat vasitələri üçün ciddi qəza riski yaranıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar