Ru
13:18 / 24 Mart 2026

Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub? - İDDİA

Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub?  - İDDİA
Eye

Sumqayıtda məhəllələrdə tikilən xeyir-şər evlərinin istifadəsinə icazə verilmir.

Bakupost.az xəbər verir ki, bu barədə Tiraj.az-a yerli sakinlər bildirib. Onların sözlərinə görə, bir müddətdir ki, bir çox məhəllədə xeyir-şər evlərinin qaz, işıq və su sayğaclarına möhür vurulub.
Sakinlərin iddiasına görə, onlara xeyir-şər evlərində hər hansı mərasimin keçirilməsinin yasaq olduğu bildirilib.

"İndi ancaq domino, nərd oynayırıq. Artıq bir müddətdir ki, xeyir-şər evlərindən təyinatı üzrə istifadə edə bilmirik”, deyə sakinlər bildirib.

Sakinlər iddia edib ki, qadağa şəhər rəhbərliyi tərəfindən qoyulub.

Tiraj.az-ın məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyi mümkün olmayıb. Bayram günləri olduğundan qurumun telefonları susub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar