Ru
14:54 / 03 Avqust 2020

Kiyevdə biznes mərkəzində bomba həyəcanı

2727
Ukraynın paytaxtı Kiyev də naməlum şəxs "Leonardo" adlı biznes mərkəzini partlatmaq istəyir.

Bu barədə ölkənin daxili işlər naziri Anton Qeraşenko bildirib. Nazir hazırda həmin şəxslə danışıqlar aparıldığını deyib.
Məlumata görə, binadakı banka daxil olan şəxs çantasında bomba olduğunu deyib.

""Universdal bank"dan zəng edərək yaşı 35 civarında olan kişinin çantasında bomba olduğunu və polisə məlumat verilməsini tələb etdiyini deyiblər. Polis terrorçu ilə danışıqlara başlayıb. Bina mühafizəyə alınıb. Ümid edirik ki, danışıqlar nəticə verəcək".

Qeraşenko bildirib ki, bankın işçiləri binanı tərk ediblər. Orada ancaq rəhbər şəxs qalıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər