Ru
15:44 / 26 Aprel 2024

"İstehkamçılar minaları təmizləməkdən imtina edir" - Erməni deputat

1285
"Dünən burada gərgin vəziyyət yaranmışdı, insanlar minatəmizləmə işlərinin qarşısını almağa çalışırdılar".

Bakupost.az xəbər verir ki, bunu aprelin 26-da Xeyrimlidə (Kirants) “Ermənistan xəbərləri” saytının müxbiri ilə söhbətində “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan bildirib.

“Dünən Xeyrimlidə mina təmizləmə işi aparılmayıb, lakin Qızıl Hacılıda (Berkaber) sahəsində aparılıb. İşçilərdən biri yaralanıb. Əldə etdiyimiz məlumata görə, o, xəstəxanaya aparılıb və hazırda onun həyatı üçün təhlükə yoxdur. Bizdə məlumat var ki, bu günlərdə bir çox istehkamçılar minatəmizləmə işlərini yerinə yetirməkdən imtina edirlər. Bəziləri artıq ərizə yazır və işdən gedirlər. Sözügedən hadisədən sonra işçilər arasında müzakirə, olub, onlar bu işlə məşğul olmaq istəmədiklərini bildiriblər. Bu adamlar başa düşürlər ki, minatəmizləmə işləri aparmaqla indiki hakimiyyətlə şəriki olurlar, azərbaycanlıları öz kəndlərinə dəvət edirlər”, - Danielyan qeyd edib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər