Azərbaycanlı klarnet ifaçısı dənizdə boğulub.
Bakupost.az xəbər verir ki, hadisə ötən gün Mərdəkan qəsəbəsi ərazisindəki çimərliklərin birində qeydə alınıb.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Məmmədbağır Misiroğlu boğularaq vəfat edib.
Faktı müğənni Manaf Ağayev təsdiq edib.
M. Ağayev Məmmədbağır Misiroğlunun bu gün dəfn olunduğunu bildirib.