Ru
09:14 / 10 Yanvar 2026

Köhnə avtobuslar nə vaxt yenilənəcək? – VİDEO

Köhnə avtobuslar nə vaxt yenilənəcək? – VİDEO
Eye

İli köhnə avtobuslar... Bəziləri standartlara cavab vermir, bəziləri isə saz vəziyyətdə deyil...

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən il qəbul edilən qərara əsasən, taksi xidmətində fəaliyyətinə icazə verilən avtomobillərin istehsal ili yeni olmalıdır. Bu qərar komfort və təhlükəsizliyə görə qəbul edildi.

Bəs marşrut avtobusları üzrə də belə bir addım atıla bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, bu ildən “Brutto” müqaviləsi qüvvəyə minir. Yəni daşıyıcılara dəstək göstəriləcək. Lakin prosesin bu il ərzində yekunlaşması qeyri-mümkündür. Eləcə də ayrılacaq maddi dəstəyin məbləği yetərli olmalıdır:

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki , ötən il Bakıya 290-dan artıq avtobus gətirilib. Ölkə üzrə isə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Avtobusların yenilənməsi mərhələli qaydada davam edəcək.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar