Ru
20:22 / 07 Avqust 2017

Kolleclərə qəbulun nəticələri açıqlandı

2463
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

 

DİM-in mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, nəticələr avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirilib.

Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar" nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.


Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

 

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma 

faizi

Azərbaycan 

bölməsi

Rus 

bölməsi

Bölmələr 

üzrə cəmi

Dövlət (ödənişsiz)

4279

3924

191

4115

96.17

Dövlət (ödənişli)

5063

4098

141

4239

83.73

Özəl

1125

631

18

649

57.69

Cəmi

10467

8653

350

9003

86.01

 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər