Ru
16:48 / 01 Oktyabr 2025

Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

Kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır
Eye

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Elm və Təshil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar