Ru
17:36 / 15 İyun 2026

Körfəz müharibəsi bitir: Ucuzlaşma başlayacaqmı?

Körfəz müharibəsi bitir: Ucuzlaşma başlayacaqmı?
Eye

İranla ABŞ arasında əldə olunan razılaşma əsasən bizneslə məşğul olan insanların daha çox marağındadır. Çünki bu fonda körfəzdəki gərginliyə, qarşıdurmaya son qoyulur ki, bu da iqtisadiyyatın sərbəst hərəkətinə imkan yaradır.

Bu mənada, maraqlıdır, sözügedən razılaşma dünyada gedən iqtisadi proseslərə necə təsir edəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Bakupost.az-a bildirib ki, müvafiq istiqamətdə əldə olunan razılaşmanın dünya iqtisadiyyatına bir sıra təsirləri olacaq:

“İlk növbədə bunu stabilliklə əlaqələndirmək olar. Stabillik investorlar, qlobal iqtisadiyyatın əsas oyunçuları üçün daha əlverişli fəaliyyət imkanı mesajını, investisiyalar, təşəbbüskarlığın artması və inkişaf meyllərinin dəstəklənməsinə ümid formalaşdırır. Bu habelə, biznes konyukturunun proqnozlaşdırılan olmasını təmin etməklə, orta və uzun müddətli dövrdə planlamanı və investisiyanın edilməsini şərtləndirir”.

Bundan başqa, ekspertə görə, həmin addımın atılması ilə körfəzdə daha stabil fəaliyyət mühitinin formalaşması, enerji daşıyıcıları üzərində təziyqin azalması, enerji xərclərinin azalması, loqistika, transport xərclərinin optimallaşması dolayısı ilə inflyasiya təzyiqlərinin də neytrallaşdırılmasına imkan yaradacaq:

“Belədə mərkəzi banklar da nisbətən daha yumşaq pul-kredit siyasəti həyata keçirəcək, dollar öz dəyərini qismən itirəcək və bu fonda ekspansiv siyasətin qlobal iqtisadi böyüməyə müsbət töhfəsini şərtləndirən imkanlar yaranacaq. Bu da öz özlüyündə domina effekti ilə iqtisadiyyatın bütün sahələrinə təsir edə bilər”.

Həmsöhbətimizin sözlərinə görə, razılaşma həm də regionda stabillik, davamlı inkişafın təmini, makro çağırışlara adekvat siyasətlərin həyata keçməsi istiqamətində əlverişli mühit formalaşacaq:

“Eyni zamanda, körfəz ölkələrində təhlükələr və risqlərin aradan qalxması ilə əvvəlki stabillik meylləri yenidən güclənəcək”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar