Ru
23:47 / 10 Oktyabr 2019

Kuba yeni prezidentini seçdi

2293
Kubanın Xalq Hakimiyyəti Milli Məclisi bu ilin fevralında keçirilmiş referendumda qəbul edilmiş yeni konstitusiyaya uyğun olaraq keçirdiyi növbədənkənar yığınacaqda ölkə prezidentini seçib.

BakuPost-un məlumatına görə, səsvermədə Xalq Hakimiyyəti Milli Məclisinin 605 deputatından 575-i iştirak edib.

Səsvermənin yekun nəticəsinə əsasən Kuba Parlamentinin üzvləri Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesi prezident seçib.

Xalq Hakimiyyəti Milli Məclisinin spikeri olmuş Estoban Laso Ernandes isə Dövlət Şurasının və Nazirlər Şurasının Sədri təyin edilib.

Qeyd edək ki, fevralın 24-də keçirilmiş referendumda 6,81 milyondan çox kubalı - ölkə əhalisinin səsvermə hüququ olan 73,3 faizi yeni konstitusiyaya səs veriblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər