Ru
12:39 / 02 İyul 2020

Maşın nömrəsini 8103-ə SMS-lə göndərmək lazımdır? - RƏSMİ

Maşın nömrəsini 8103-ə SMS-lə göndərmək lazımdır?   - RƏSMİ
Eye

"Hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur. Sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək".

"BakuPost"un məlumatına görə, bunu “Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, bu gündən Bakıda sərt karantin rejimi ilə əlaqədar qurulan postlar yığışdırılıb. Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar