Ru
11:34 / 09 Noyabr 2019

“Kürdüstan”ı dəstəkləyən azərbaycanlı məmur Ali Məhkəməyə üz tutdu

3016
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin sabiq müdiri Füzuli Tanırverdiyev barəsində olan hökmdən Ali Məhkəməyə müraciət edib.

BakuPost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə bağlı kassasiya şikayəti yazıb.


Kassasiya şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, F.Tanırverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.

Sosial şəbəkələrdə bu məsələ ciddi rezonans doğurub. Bundan sonra F. Tanırverdiyev tutduğu vəzifədən azad edilib.


Ona Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ittiham verilib.

Cinayət işi Zərdab rayon məhkəməsində hakim Tahir Qubadovun icraatında baxılıb.

Məhkəmənin hökmü ilə F. Tanırverdiyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. F. Tanırverdiyev barəsində sınaq müddəti seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər