Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər Ukraynadakı böhranın nizamlanması yollarını və İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqlar mərhələsinə hazırlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı Yaxın Şərqdəki vəziyyət və digər aktual beynəlxalq məsələlərə də toxunulub.