Ru
21:44 / 01 Oktyabr 2020

Lavrov və Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə etdi

1315
Rusiya və Türkiyənin Xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlunun telefon danışığı olub.

“BakuPost” xəbər verir ki, XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bölgədəki vəziyyətdən ciddi narahatlıqlarını ifadə edən nazirlər digər bölgələrdən olan qanunsuz silahlı birləşmələrin münaqişəyə cəlb edilməsinin yolverilməz olduğunu qeyd ediblər.


Telefon danışığı zamanı Bakı və İrəvana siyasi və diplomatik yardım göstərilməsi baxımından son dərəcə balanslı addımların atılmasının vacibliyi vurğulanıb. Lavrovla Çavuşoğlu vəziyyəti sabitləşdirmək üçün Rusiya və Türkiyənin sıx əlaqədə addımlar atmağa hazır olduğunu bildiriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər