Ru
19:46 / 01 Dekabr 2020

Lavrovdan hərbi əsirlərlə bağlı açıqlama

1223
“Rusiya Dağlıq Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsini müşahidə etmir. Ancaq prosesin irəliləməsi üçün obyektiv çətinliklər var”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov onlayn mətbuat konfransında deyib.

“Hərbi əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi prosesini ləngitmək üçün qəsdən atılan addımlardan danışmaq çətindir. Biz bunu görmürük. Ancaq obyektiv çətinliklərin olması həqiqətdir. Ümid edirəm, bu, tezliklə həllini tapacaq”, - deyə Lavrov bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər