Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakupost.az xəbər verir ki, “Azərişıq” ASC bu barədə məlumatına görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 26 noyabr tarixində 10 kV-luq 4 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq:
“Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhər ərazisində Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev, Sabir küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.