Ru
15:44 / 22 Noyabr 2020

Əsgərin avtoqəzada öldüyü deyildi, kənd camaatı etiraza qalxdı Lənkəran

3530


Lənkəran Şəhər İcra Hakimiyyəti döyuş tapşırığını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osaküçə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

"BakuPost" xəbər verir ki, açıqlamada deyilir:

"Bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır. İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyuş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib".


Qeyd edək ki, iki gündür bu hadisə ilə bağlı sosial şəbəkələri etiraz statusları bürüyüb. SiyasətçiYadigar Sadıqlı "Facebook" səhifəsində qeyd edib ki, vətən uğrunda canını əsirgəməyən şəhidlər üçün məmurlar pullarını əsirgəyirlər:

"Dünən Lənkəranın Osaküçə kəndinə bir əsgər nəşi gətirilib - Əflatun Mircahangir oğlu Fərəcovun. Atası və anası artıq vəfat etmiş bir gəncin. Haradasa, hansısa səviyyəli məmurlar fikirləşiblər ki, yiyəsiz əsgərdir, sahib çıxan olmayacaq və elan ediblər ki, Əflatun avtomobil qəzası nəticəsində həlak olub. Dolayısı ilə şəhid statusu verilmir, sığorta ödənilməyəcək, yas mərasiminə, məzar daşına məmurlar da xərc çəkməyəcəklər. Amma kənd camaatı əsgəri yiyəsiz buraxmayıb. Tabutu açıblar və güllə yaralarını görüblər. Əsgər şəhid olub! Bundan sonra kənd camaatı qadınlı-kişili rayon mərkəzinə doğru yürüşə başlayıb. Yolda polis qarşısını kəsmək istəsə də alınmayıb. Nəhayət, icra başçısı gəlib qarşılarına. Əflatun Fərəcovun şəhid olması aktlaşdırılıb və yalnız bundan sonra dəfn olunub. Qələbə təkcə hakimiyyəti gücləndirmir. Bu xalq da əvvəlki xalq deyil, artıq qalib xalqdır".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər