Ru
16:55 / 31 İyul 2020

“Leş Tofiq” azadlığa çıxdı

4504
Bir il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov azadlığa çıxıb.

"BakuPost"un Unikal.org-a istinadən verdiyi məlumata görə, A.Rzaxanov həbs müddəti başa çatmamış azadlığa buraxılıb.

Qeyd edək ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin, əsasən, gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər