Ru
20:03 / 10 Noyabr 2016

Leyla Əliyeva sahibsiz heyvanlar üçün tikilən mərkəzin açılışında - FOTO

Leyla Əliyeva sahibsiz heyvanlar üçün tikilən mərkəzin açılışında -  FOTO
Eye

Bu gün IDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin açılışı olub.



BakiPost.az-ın məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.



Leyla Əliyeva mərkəzin tikintisinin müxtəlif mərhələlərini əks etdirən fotostendlə tanış olub.



Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.



IDEA-nın Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabrında qoyulub. Mərkəz Bakı şəhərində və ətraf ərazilərdəki sahibsiz heyvanların müayinə və müalicəsi, həmçinin onların qısamüddətli sığınacağı üçün nəzərdə tutulub. Sığınacaq kompleksi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə, digər dövlətlərin təcrübəsindən istifadə olunmaqla tikilib. Layihə-tikinti işlərinə Böyük Britaniyanın Heyvanlara qarşı Qəddarlığın Aradan Qaldırılması üzrə Kral Cəmiyyətinin mütəxəssisləri cəlb olunub. Burada sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən çox heyvanın yerləşdirilməsinə imkan verir. Hər sığınacağın yanında gəzinti ərazisi də ayrılıb.



Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə və bərpa komplekslərinə baxdı. Mərkəzdə klinika və laboratoriyada stasionar müayinə-müalicə aparılmaqla yanaşı, mobil təcili tibbi yardım xidməti də var. Bundan əlavə, yaralı və yaxud peyvəndə ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq. Burada, həmçinin ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza sistemi yaradılacaq. Bu sistem heyvanların izlənilməsi və onların vaxtında peyvənd olunmasına imkan verəcək. Uzunmüddətli müalicəyə ehtiyacı olan heyvanlar xüsusi karantin korpuslarında bərpa prosesi keçəcək. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də imkan verəcək.



Burada yerləşən geniş konfrans zalında peşəkar veterinar hazırlığı kursları və treninqləri təşkil ediləcək, sahibsiz heyvanlara rəhmli münasibəti və onların himayəyə götürülməsini təşviq etmək məqsədilə geniş ictimai maarifləndirmə tədbirləri keçiriləcək. Bu baxımdan məktəblilərin mərkəzə səfərlərinin təşkili, onların maarifləndirilməsi və mərkəzin ictimaiyyətə, xüsusilə də könüllülərə açıq olması nəzərdə tutulur. Burada himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və kiçik heyvan mehmanxanası da fəaliyyət göstərəcək. Mərkəzin xidmətləri yalnız sahibsiz heyvanlar üçün məhdudlaşmır. Himayədə olan heyvanların müalicə-müayinəsi və qısamüddətli gecələməsi üçün də mərkəzə müraciət etmək olar.



Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış olub. Fabrik Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir. Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.

 




Bakı Post


 

 

 

 

 


Şərhlər
  • Vüsal Əliyev

    3 körpə pişik balası var anaları öldü onlara sığınacaq axtarıram bilən varsa mənimlə əlaqə saxlasın 0708033027

  • Xudaverdiyeva aytac

    Küçədən balaca pişik tapmışam çanaq sümüyü qırılıb 3 gündü yemək yemir nə edə bilerem

  • Tamam

    3 piwik balasi var sahiblendirmek isteyriem evde bawqa piwikler var saxlaya bilmirem

  • Əliyeva Tamam

    Salam .4 piwik var bala piwiyi çölden tapmiwam Cox gozeldiler evde piwiklerim var deye bax bilmirem size nece getire bilerem? Elaqe normem budu.565.19.89

  • Ayten rustemova

    Salam iki ayliq 4 bala 1 ana pisik var kiraye qaldiqim ucun baxa bilmirem ,3 pisikde ozumde var heleki iki uc gunluk qoymusam bir heyete zais edirem komek edin siğinacaq verin0703068500

  • Şehla Novruzova

    yaralı pişik balasi var onu sığnacağa getirmek isteyirem , ünvan ve elaqe nomresi yazinda zehmet olmasa

  • Tamara

    Salam bizim binanin heyetinde piwikler var ve onlara gore binani bire basir onlari nece sizin yiginacaga yerlewdirmek olar?

  • Humay Dadashova

    Salam 4 kucuk ve ana it var. Zehmet olmasa gelib goturerdiniz. Eve girmek isteyende dordu de insanin ustune hoppanir. Yedizdiririk amma onlarin cox olmasi be butun gece onlarin hurmesi hamini narahat edir.

  • Vuqa Məmmədov

    Salam niyə cavab vermirsiz 4 pişiy balası var qəlin qöturundə oıarı

  • İsgenderli Resad

    pisik var siginacaga vermek isteyirdim

  • Sevda Şıxbabayeva

    Salam. Sizin əlaqə nömrələrinizə zəng çatmır. Sizinlə necə əlaqə saxlamaq olar? Bizim blokda tərk edilmiş 4 pişik balası var, təzə doğulmuş körpələr, onları qoymağa sığınacaq axtarırıq.

  • Gülnara Aliyeva

    Salam sahibsiz itlərə sahib çixirsiz. Ve sizin sığınacağın telefon nömrəniz var?

  • AYLİN Musayeva

    Salam menim 5 pisiyim var helelik bir muddetlik siqinacaü axtariram komek ede bilersiz mene

  • Memmedova Gunay zahid qizi

    piwiy balalari var yer lazimdi sahibsiz qaliblar 10 dene baladi yazigdi

  • Ilhame Ceferova

    Salam. Men dayanacaqda ayaği yarali bir it tapmişdim, onu eve getirdim ve sağalib, yaxşidi . Saxlamağa menim şeraitim olmadiğina, siğinacağa vermek isteyirem, amma telefona cavab veren yoxdu. Nece ede bilerem?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar