Litva öz daşıyıcılarını aldadır, məsuliyyəti Belarusun üzərinə atmaq istəyir.
Bakupost.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Hər kəsə xatırlatmaq istərdik ki, Belarus heç kimə heç nəyi qadağan etməyib. Belə görünür ki, Litva hakimiyyət orqanları yaranmış vəziyyəti həll etmək üçün konkret addımlar atmaq əvəzinə, öz məsuliyyətini Belarus tərəfinə üzərinə yükləməyə üstünlük verir", - XİN bildirib.
Qeyd edək ki, Litva rəsmiləri yük maşınlarının sərhəddən geri qaytarılmasında Belarusu ittiham edir.