Ru
23:16 / 08 Noyabr 2025

Türkiyənin üç nəhəng futbol klubu Azərbaycan xalqını təbrik etdi - FOTO

Türkiyənin üç nəhəng futbol klubu Azərbaycan xalqını təbrik etdi - FOTO
Eye

Qardaş ölkənin ən tanınmış və ən böyük futbol klubları — Fənərbaxça, Beşiktaş və Qalatasaray sosial şəbəkə hesablarında xüsusi paylaşımlar edərək Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ediblər.

Bakupost.az xəbər verir ki, klubların paylaşımında Azərbaycan bayrağına, Zəfər Gününün önəminə və Azərbaycan-Türkiyə qardaşlığına toxunulub. Bu təbriklər həm də iki ölkə arasında daha böyük, daha parlaq və möhkəm birliyin növbəti real təzahürü kimi qiymətləndirilir.

Türkiyənin üç nəhəng futbol klubunun Azərbaycan xalqına ünvanladığı bu təbriklər, qardaşlığın bu gün də, hər zaman da canlı və sarsılmaz olduğunu bir daha ortaya qoyur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar