Ru
17:33 / 05 May 2026

"Liv Bona Dea" Nigar Köçərlinin suallarına cavab tapa bilmir - Məhkəmə işi

"Liv Bona Dea" Nigar Köçərlinin suallarına cavab tapa bilmir - Məhkəmə işi
Eye

“Bu gün "Liv Bona Dea" klinikasının mənə qarşı qarşı 222.395 manat məbləğində təzminat iddiası üzrə məhkəmə prosesinin növbəti hazırlıq iclası keçirildi”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib.

O qeyd edib ki, dəfələrlə müraciət etsər də, qarşı tərəf əməliyyat və ayılma otağında baş verənlərlə bağlı heç bir video görüntü təqdim etməyib:

“Həmin görüntülər 3 ay keçdiyi üçün silinib. Halbuki bu videoları ilk dəfə fevralın əvvəlində tələb etmiş və sonrakı hər iclasda da bu tələbi təkrarlamışıq. Əvəzində, yalnız dəhliz və lift qarşısına aid olan qısa video epizodlar və bir neçə fotoşəkil təqdim edilib ki, bunlar da işin mahiyyəti ilə bağlı heç bir aydınlıq gətirmir.

Əsas və narahatedici suallar isə yenə cavabsız qalır: Anesteziya niyə gec verildi, tibb personalının kobud rəftarının səbəbi nə idi?

Məhkəmə araşdırması davam edir. Məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq.

Növbəti məhkəmə iclası mayın 20-də keçiriləcək”.

Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini desə də, xəstəxana iddiaları qəbul etməyib.

"Liv Bona Dea" xəstəxanası Nigar Köçərlinin şikayəti ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar