Ru
19:01 / 10 Avqust 2020

Livanda gözlənilən oldu - Hökumət istefa verdi

1744
Livan hökuməti istefa verib. Bu barədə ölkənin Səhiyyə naziri Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Beləliklə, Livan hökuməti cümə günündən kütləvi toqquşmalara çevrilən mitinqlərə çıxan yerli sakinlərin tələblərindən birini yerinə yetirəcək. Onlar, həmçinin parlamentin buraxılmasını və islahatların keçirilməsini tələb edirdilər.

Cümə günü mitinqçilər dörd nazirliyin binasını ələ keçirmişdilər, amma ordu onları hökumət komplekslərindən çıxarmağa müvəffəq olmuşdu.

Livan DİN-dən verilən məlumata görə, iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub, 700-dən çox insan xəsarət alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər