Ru
17:37 / 03 Fevral 2026

Maaş artımı ilə bağlı şad xəbər

Maaş artımı ilə bağlı şad xəbər
Eye

Dünən parlament Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Maraqlıdır, minimum əmək haqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sözügedən məsələyə hər il baxılacağını bildirib.

O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əmək haqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:

“Bu, minimum əmək haqqında artımların dövrliyini təmin etmək baxımından vacibdir. Əksər inkişaf etmiş ölkələrdə minimum əməkhaqqı ilə bağlı artımlarda dövrlik mövcuddur. Bu praktika Azərbaycan qanunvericiliyinə də tətbiq ediləcək. Qanuna dəyişiklik layihəsi təsdiqləndikdən sonra artımlarla bağlı müvafiq sərəncam və qərarlar veriləcək. Bu, minimum əməkhaqqı ilə ortaaylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq. Minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan yaradacaq. Həmçinin Vahid Tarif Cədvəli ilə maaş alan vətəndaşların əməkhaqqına da təsir göstərəcək. Yeni dəyişikliklər 700 mindən çox şəxsin əmək haqqında artıma səbəb olacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar