Avropa İttifaqının Ukraynaya hərbi dəstəyi faktiki olaraq dayandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Jozep Borrell "EUObserver" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, vəzifədən getdikdən sonra Aİ Ukraynaya yeni hərbi yardım göstərməyib.
6,6 milyard avro məbləğində vəsaitin ayrılması Macarıstan tərəfindən bloklanıb.
“İndi hər şey yalnız ikitərəfli əsasda həyata keçirilə bilər”, – deyə Borrell vurğulayıb.
Siyasətçi əlavə edib ki, oxşar çətinliklər Rusiyaya qarşı yeni sanksiyaların qəbulunda da yaranır – onların uzadılmasını da Macarıstan bloklayır. Bu isə Avropa İttifaqını çətin vəziyyətə salır.
Bundan əvvəl məlum olmuşdu ki, Macarıstan Aİ-nin Ukraynaya əlavə təhlükəsizlik zəmanətləri və yeni hərbi yardım paketi barədə sənədini dəstəkləməkdən imtina edib və bununla da sənədin qəbulunu dayandırıb.
Ayxan,
BakuPost