Ru
15:00 / 03 Yanvar 2026

Tramp Maduro və həyat yoldaşının ələ keçirildiyini açıqladı - YENİLƏNİB

Tramp Maduro və həyat yoldaşının ələ keçirildiyini açıqladı - YENİLƏNİB
Eye

Venesuela hakimiyyəti Prezident Nikolas Maduronun və həyat yoldaşının harada olduğunu bilmədiklərini açıqlayıb.


Bakupost.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Venesuela vitse-prezidenti Delçi Rodriges məlumat verib.


Rodriges dövlət televiziyası "VTV Venezuela"ya verdiyi açıqlamada Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin hazırda harada olduqlarının məlumatsız olduğunu bildirib.


Vitse-prezident qeyd edib ki, ABŞ-nin ölkəyə endirdiyi zərbələr nəticəsində ölkə üzrə dövlət məmurları, hərbçilər və mülki şəxslər həlak olub. O, ABŞ Prezidenti Donald Tramp administrasiyasından Maduronun və onun həyat yoldaşının sağ olduqlarını təsdiqləyən təcili sübut tələb etdiklərini vurğulayıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı hücumlar həyata keçirildiyini və Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə saxlanılaraq ölkədən çıxarıldığını açıqlamışdı.


******

13:35

"Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb”.


Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump “Truth Social” sosial şəbəkə hesabında yazıb.


ABŞ liderinin sözlərinə görə, ölkəsi Venesuelaya genişmiqyaslı zərbə endirib.


O bildirib ki, əməliyyat ABŞ-nin hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.


Tramp məsələ ilə bağlı detalların daha sonra açıqlanacağını da əlavə edib.


Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini bildirib. Daha sonra, Ağ Ev Karakasa zərbə endirildiyini təsdiq edib.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar