Ru
23:59 / 03 Yanvar 2026

Tramp daha bir ölkənin prezidentini hədələdi

Tramp daha bir ölkənin prezidentini hədələdi
Eye

"Kolumbiya Prezidenti Qustavo Petronun kokain istehsal edən fabrikləri var”.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

“O, kokain istehsal edir və onu ABŞ-yə göndərir. O, diqqətli olmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda partlayış və təyyarə səsləri eşidilib. Partlayışlardan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif mülki və hərbi obyektlərinə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp isə Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatın başladığını və Maduro ilə həyat yoldaşının ölkədən təxliyə edildiyini açıqlayıb.

ABŞ-nin baş prokuroru Pam Bondi isə bildirib ki, Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-də ittiham olunublar. Maduroya qarşı “narkoterrorizm, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı pulemyot və təxribat qurğuları saxlamaq” ittihamları irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar