Ru
15:18 / 13 May 2026

Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb

Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Eye

Misir və Sudan sərhədində yerləşən Bir Tavil bölgəsi dünyanın ən maraqlı ərazilərindən biri hesab olunur.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, səbəb isə odur ki, bu torpaq parçasına rəsmi olaraq heç bir dövlət sahib çıxmır. Buna baxmayaraq, bölgədə illərdir qızıl axtarışı və mədən fəaliyyəti davam edir.

Məlumata görə, Bir Tavil bölgəsi Britaniya imperiyası dövründə çəkilən sərhədlər səbəbindən “sahibsiz torpaq” statusunda qalıb. 1899 və 1902-ci illərdə müəyyən edilən sərhədlərin bir-biri ilə ziddiyyət təşkil etməsi nəticəsində Misir və Sudan daha strateji hesab olunan Halaib üçbucağına sahib çıxır, Bir Tavili isə qəbul etmək istəmir.

Çətin iqlim şəraitinə baxmayaraq, bölgədə qızıl hasilatı geniş şəkildə aparılır. Yerli köçəri qəbilələr və müstəqil mədənçilər qədim üsullarla torpaqdan qızıl çıxarmağa davam edirlər. Ərazidə metal detektorları ilə çalışan fərdi axtarışçılardan tutmuş, ağır texnika istifadə edən qruplara qədər müxtəlif mədən fəaliyyətləri müşahidə olunur.

Ekspertlərin sözlərinə görə, bölgədə daimi yaşayış məntəqələri, mağaza və rəsmi idarəetmə sistemi yoxdur. Buna baxmayaraq, qızıl ehtiyatları səbəbindən Bir Tavil uzun illərdir macəraçılar və sərvət axtaranların diqqət mərkəzindədir.

Araşdırmaçılar bildirirlər ki, dünyada heç bir ölkənin rəsmi iddia etmədiyi belə ərazilər çox nadir hallarda mövcuddur və Bir Tavil bu baxımdan unikal nümunə sayılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar