Ru
14:06 / 13 May 2026

Elm və təhsil jurnalistikası üzrə peşəkar inkişaf proqramına qeydiyyat davam edir

Elm və təhsil jurnalistikası üzrə peşəkar inkişaf proqramına qeydiyyat davam edir
Eye

Elm və təhsil sahəsində kommunikasiya və jurnalistika istiqamətində ixtisaslaşmaq istəyən tələbə və məzunlar üçün təşkil olunan peşəkar inkişaf proqramına qeydiyyat davam edir.


Bakupost.az xəbər verir ki, “OpenScience Media Lab” və “Science and Education Media”nın birgə təşəbbüsü ilə həyata keçirilən proqram iştirakçılara elm və təhsil mövzularının ictimaiyyətə effektiv şəkildə çatdırılması, keyfiyyətli media materiallarının hazırlanması və praktik jurnalistika bacarıqlarının inkişaf etdirilməsi istiqamətində imkanlar təqdim edir.

Proqram çərçivəsində iştirakçılar nəzəri və praktiki təlimlərə qoşulacaq, mentor dəstəyi alacaq, həmçinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində real media təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Layihənin əsas məqsədi təhsil sahəsində peşəkar kommunikasiya mütəxəssislərinin hazırlanmasına və elm-təhsil mövzularının mediada daha keyfiyyətli təqdim olunmasına töhfə verməkdir. İştirak tam ödənişsizdir.

Qeydiyyat üçün son tarix: 31 may

Ətraflı məlumat və qeydiyyat:

https://forms.gle/YnZaUaR1LXh4md2o7



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar