Ru
22:37 / 04 Sentyabr 2025

Makqreqor bu dəfə prezidentlik xülyasına düşüb...

Makqreqor bu dəfə prezidentlik xülyasına düşüb...
Eye

Ultimate Fighting Championship (UFC) çempionu olmuş Konor Makqreqor "İnstaqram" səhifəsində İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək istədiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, Makqreqor irlandlara müraciət edib.

"Prezident olsam, ilk növbədə xalqın müzakirəsinə təqdim edilməyincə, mən heç bir qanun layihəsini imzalamayacağam! Əgər mənim adımı seçki bülletenində görmək istəyirsinizsə, sizi bu gün yerli qanunvericilərlə əlaqə saxlamağa və mənim namizədliyimi irəli sürmələrini xahiş etməyə çağırıram", - Makqreqor bildirib.

Milyarder İlon Mask idmançıya dəstək verib.

İrlandiyada prezident seçkiləri 2025-ci il noyabrın 11-nə təyin edilib.

Makqreqor hələ 2025-ci ilin martında noyabrda keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan edib. O, İrlandiyada miqrantların qatı əleyhdarı kimi tanınır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar