Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda gün eynəyi ilə görünməsi Fransanın "Henry Jullien" lüks brendinə marağın misli görünməmiş dərəcədə artmasına səbəb olub.
Bakupost.az Franceinfo-ya istinadən xəbər verir ki, həmin gün şirkətin saytı prezidentin taxdığı eyni eynəyi almaq istəyənlərin böyük axınına tab gətirməyərək fəaliyyətini dayandırıb.
Xatırladaq ki, yanvarın 15-də Makron İstr strateji aviabazasında çıxışı zamanı gözü qızarmış halda görünüb. Yelisey Sarayında bunun göz damarının partlaması nəticəsində baş verdiyini izah ediblər. Prezident ilk dəfə yanvarın 17-də Yelisey Sarayında keçirilən müşavirədə gün eynəyi ilə ictimaiyyət qarşısına çıxıb.
Yanvarın 20-də isə Makron artıq Davosda "Henry Jullien" brendinin "Pacific S 01" model gün eynəyində çıxış edib.