Ru
23:03 / 20 Avqust 2026

Mark Zukerberq 30 milyonluq qəsr aldı

Mark Zukerberq 30 milyonluq qəsr aldı
Eye

Dünyanın ən varlı insanlarından biri və feysbukun təsisçisi Mark Zukerberq daşınmaz əmlak portfelinə yenisini əlavə edərək İrlandiyada bir qəsr satın alıb.

“Bakupost” xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb.

Amerikalı milyarder və onun həyat yoldaşı Priskilla Çan Voterford qraflığında yerləşən “Strancally” qəsrini əldə ediblər. Sövdələşmə avqustun əvvəlində, açıq bazardan kənar və gizli şəkildə həyata keçirilib. Buna görə də məlumat hələ İrlandiyanın daşınmaz əmlak üzrə dövlət reyestrində əksini tapmayıb.

Neo-qotik üslublu malikanə 19-cu əsrdə tikilib və Blekvoter çayının sahilində yerləşir. Zukerberq qəsrlə yanaşı, təxminən 178 hektar ərazini əhatə edən ətrafdakı torpaq sahəsini də satın alıb.

Rəsmi satış qiyməti açıqlanmasa da, mülkün dəyərinin 20-30 milyon avro arasında olduğu bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar