Ru
09:27 / 11 Fevral 2020

Marketdə qətl törədən şəxs tutuldu - Bakıda əməliyyat

Marketdə qətl törədən şəxs tutuldu -  Bakıda əməliyyat
Eye

Bakıda qətl törədən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.


Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar