Balıq o qədər donub ki, yumuşaqlığını tamamilə itirib.
Bakupost.az Xezerxeber.az istinadən xəbər verir ki, bu görüntülər paytaxt marketlərindən birində qeydə alınıb. Soyuducuda olan balıqlar o qədər donub ki, yumşaqlığını tamamilə itirərək buz kütləsinə çevrilib. Alıcı isə çox vaxt donmuş məhsulla soyudulmuş məhsul arasındakı fərqi ayırd etməkdə çətinlik çəkir.
Satıcılar da təsdiqləyir ki, alıcıların əsas tələbi məhsulun təzə olmasıdır. Lakin bəzən saxlama şəraiti və ya satış müddəti balığın keyfiyyətinə birbaşa təsir edir.
Qida eksperti Ağa Salamov bildirir ki, balıq həddindən artıq donduqda və ya buz qatı altında uzun müddət qaldıqda onun tərkibindəki nəm itir. Bu da birbaşa dadın və keyfiyyətin itməsidir. Bundan başqa -18 və -20 dərəcədə saxlanılması daha məqsədəuyğundur. Balığın çox donması həm də onun çəkisinə təsir edir və alıcı aldanmış olur.
Ekspertin sözlərinə görə, balıq alarkən onun sadəcə soyuq olmasına deyil, həm də ətinin elastikliyini saxlamasına diqqət etmək lazımdır. Əks halda, pulu balığa yox, sadəcə buz kütləsinə vermiş olacaqsınız.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bəs, satılan balıqlar içində kütləvi ölülər halında dalğaların sahilə atdıqları balıqların (elə övlanmış Qaşqaldaqlar kimi) bazar, marketlərə satışa daşınmasının qarşısı alınıbmı, ya necə-daimi nəzarətlə alınırmı? Mətbut-media oxşar müşahidəyə görə Yeni Qvineu-Bisauda, artıq heç vətəndaş-ailə balıq yemirlər! Mütəxəssislərin tədqiqatı hansı məntəqələrdə Ekoloji, Bakteroloji-infeksion, Radiasion təsirli hansı səbəblər müşahidə-tədqiq-təhlil nəticələrini veriblər?