Ru
13:59 / 05 Avqust 2020

Martdan sonra bir ilk - Qiymət 45 dolları keçdi

3400
Dünya birjalarında son bir neçə ayda ilk dəfə olaraq neftin qiyməti 45 dollarlıq həddi keçib.

"Brent" markalı neft 1,96 faiz bahalaşaraq 45,3 dollara çatıb. Bu isə martın 6-dan sonra qeydə alınan ən yüksək rəqəmdir.

WTI markalı neft isə 2,04 faizlik bahalaşmadan sonra 42,55 dollara təklif edilir.

Azərbaycan neftinin qiymətində də bahalaşma var. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 45,45 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər