Ru
14:33 / 08 Yanvar 2026

Masallıda 34 yaşlı kişi əməliyyat zamanı öldü - YENİLƏNİB

Masallıda 34 yaşlı kişi əməliyyat zamanı öldü - YENİLƏNİB
Eye

Yanvarın 7-də halsızlıq və soyuqdəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü şəxs (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Masallı Rayon Mərkəzi Xəstəxanasını məlumat verilib.

"Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib. Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb.

Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin coxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye (qan) diaqnozu müəyyən edilib. Aparılan reanimasia tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 7 yanvar saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb", məlumatda deyilir.


***

13:14



Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.
Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.

Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.

Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar