Ru
09:21 / 13 Yanvar 2024

Masazırda 3 maşın toqquşdu - Yaralananlar var - FOTO

Masazırda 3 maşın toqquşdu - Yaralananlar var -  FOTO
Eye

Abşeron rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az xəbər verir ki, qəza Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qeydə aınıb.

Belə ki, yol qəzası "Toyota Prius", "Toyota Corolla" və "AzSamand" markalı avtomobillərin iştirakı ilə baş verib.

Nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Hadisədə "Toyota Prius" və "AzSamand" markalı minik avtomobillərinin sürücüləri xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar