08:49 / 23 Noyabr 2021

Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO

2063
Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Qurtuluş 93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Rzayeva Azadə Bəhrəm qızı tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı “KİA” markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayeva məxsus “Opel”ə çırpılıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın “KİA”nı Məhəmməd Atayevin sükanı arxasında olduğu “Daewoo” markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır. Bunu Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və hadisə zamanı zərərçəkən sürücülər təsdiqləyib.

Daha sonra qəzanın baş verdiyi əraziyə “KİA” markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü youtuber kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.
Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Masazırda qəza: sərxoş youtuber qadın avtomobili qaçırdı - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər