Maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi - Bakıda - VİDEO

  • 30 Avq 2019 12:47
  • 1036 Baxış
Maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi - Bakıda -  VİDEO
Bakıda baş verən dəhşətli qəza kameralara düşüb. 




BakuPost avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırır. Sükan arxasında əyləşən xanım avtomobilin qapısını aça bilməyib. 




Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.




Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir. 




Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır.