Ru
16:40 / 27 Yanvar 2026

Nazirə iki yeni müavin təyin edildi

Nazirə iki yeni müavin təyin edildi
Eye

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.


Bakupost.az xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb. Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar