Ru
17:33 / 27 Yanvar 2026

Nazirlik teatrlara sürpriz “tamaşa” göstərdi – Ştatların ləğv olunmasının gizli səbəbləri

Nazirlik teatrlara sürpriz “tamaşa” göstərdi – Ştatların ləğv olunmasının gizli səbəbləri
Eye

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi dövlət teatrlarında bədii rəhbər, baş rejissor və baş rəssam ştatlarının ləğv olunması barədə qərar verib.

Bakupost.az xəbər verir ki, bu qərar mədəniyyət ictimaiyyətində geniş rezonans doğurub.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, nazirliyin zamanın sınağından çıxmış sistemi dəyişməsinin əsasən iki səbəbi var.

Nazir qənaət adı ilə bu təklifi aidiyyəti qurumlardan “xeyir-dua” alaraq irəli sürüb. Mənbənin sözlərinə görə, ləğv olunan vəzifələrin sahibləri yüksək əməkhaqqı alırdılar:

“Bundan əlavə, baş rejissorlara hər ay 500 manat mükafat verilirdi. Bütün bunlar artıq olmayacaq və pullar büdcədə qalacaq”.

Bununla yanaşı, indiyədək hegemonluq edən, əlləri nazirdən də “yuxarıya” çatan bəzi şəxslər də faktiki olaraq zərərsizləşdirilmiş olur.

Beləliklə, necə deyərlər, nazirlik rəhbərliyi bir daşla iki quş vurmuş oldu. Bir tərəfdən ştatların ləğvi ilə qənaət edərək dövlətin gözündə reputasiyasını bərpa etməyə çalışdı, digər tərəfdən isə mümkün rəqibləri zərərsizləşdirərək ambisiyalı xadimlərin təsir imkanlarını azaltmış oldu.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar