Bir aydan artıqdır ki, yeni tədris ili başlayıb. Lakin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (AMİU) tələbələri təqaüdlərini almayıblar.
Belə ki, birinci kurs tələbələrinə bank kartları verilsə də, təhsilalanlar tələbə təqaüdünün verilmədiyini bildiriblər.
Ümumiyyətlə, Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halları vaxtaşırı baş verir. Bu dəfə isə gecikmə məhz birinci kurs tələbə təqaüdlərinin verilməsində olub.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı sözügüdən ali təhsil müəssisəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qısa zamanda tələbə təqaüdləri veriləcək:
“Bütün universitetlərdə birinci kursda oxuyanların tələbə təqaüdlərinin verilməsi prosesi sənədlərin hazırlığı ilə bağlı vaxt tələb edir. Demək olar ki, bütün sənədlər hazırdır, bir neçə gün ərzində bu proses bitəcək və stipendiyalar veriləcək”.