Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur. Kimsə deyirsə ki, istinintaqın nəticəsini gözləyək, o, birmənalı olaraq dövlətin yox, xəyanətin yanında dayanır. Və dövlətin, vətənin mövqeyini şübhə altına alır.
Bakupost.az xəbər verir ki, bu sözləri Ramiz Mehdiyev yüksək vəzifə tutarkən ona qarşı mübarizə aparan sadiq YAP-çı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu deyib.
Qeyd edək ki, Ramiz Mehdiyev haqda bəzi sabiq və hazırkı millət vəkilləri, o cümlədən Rəbiyyət Aslanova “rəsmi qərar” - istintaqın nəticəsi olmadığına görə söz deməkdən imtina edib.
R.Aslanovanın R.Mehdiyevin kadrı olduğu da iddia edilir.
Asena,
BakuPost