Ru
13:40 / 03 Dekabr 2025

Mehdiyevin Kərimli ilə əməkdaşlığı... - AÇIQLAMA

Mehdiyevin Kərimli ilə əməkdaşlığı... - AÇIQLAMA
Eye

"Vaxtilə "Milyarderlər İttifaqı"nın yaradılması məsələsi Azərbaycanda ciddi müzakirələrə səbəb olmuşdu. O zaman bu təşkilatın arxasında Rusiyada yaşayan iş adamlarının dayandığı açıq-aydın görünürdü və qeyd olunurdu ki, ittifaqın yaradılması Azərbaycanda hakimiyyəti dəyişmək üçündür. Bu, belədir”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq Oktay Qasımov bildirib.

Ramiz Mehdiyevin bu qurum və Milli Şura ilə əlaqələrinə gəlincə, politoloq vurğulayıb ki, o uzun müddət Rusiyanın Azərbaycandakı əsas nümayəndələrindən biri olub:
"Onun Rusiyaya meyilliyi heç kimdə şübhə doğurmayıb. Hazırda da məhz bu məsələ ilə bağlı hüquqi araşdırmalar davam edir, istintaq aparılır. Ramiz Mehdiyevə 4 aylıq ev həbsinin verildiyi məlumdur. Onun müxtəlif siyasi partiyalarla əlaqələri və onlarla əməkdaşlığına dair iddialar uzun müddətdir gündəmdədir. Bir neçə gün öncə də AXCP sədri Əli Kərimli bu iş çərçivəsində saxlanılıb və istintaq aparılır. Mən düşünürəm ki, hüquqi müstəvidə məsələnin həlli tapılacaq və istintaq ortada olan bütün iddiaları dəqiq və obyektiv şəkildə araşdıracaq, yekun nəticəyə gələcək.

Bu hüquqi prosedur dəqiq və şəffaf aparılmalıdır və müəyyən olunmalıdır ki, Azərbaycanda dövlət çevrilişi etməyi kimlər planlayıb, Rusiya ilə əlaqələr hansı səviyyədə olub və kimlər iştirak edib?

O ki qaldı digər əlaqələrə, əlbəttə ki, indiki situasiyada kimisə birbaşa ittiham etmək düzgün olmaz, çünki hər bir şəxsin təqsirsizlik prezumpsiyası var və bir insanı günahkar elan etmək üçün məhkəmə qərarı olmalıdır. Bu baxımdan mən düşünürəm ki, istintaqın gedişini diqqətlə izləmək lazımdır. Ümid edirəm ki, istintaq obyektiv və şəffaf aparılacaq, bütün nüanslara işıq salacaq. Ondan sonra konkret fikir söyləmək olar”.

Lalə Novruz, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar