“Bu, çox ağır dərddir".
Bakupost.az manşet.az-a istinadla xəbər verir ki, bunu Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyev deyib.
O, oğlu Emin Əlizadənin arvadını bıçaqlayaraq öldürdükdən sonra intihar etməsinə münasibət bildirib.
Xatırladaq ki, E. Əlizadə qətldən sonra özünü yaşadığı binanın 16-cı mərtəbəsindən atıb.
Hazırda vəziyyətinin yaxşı olmadığını bildirən Abbas Əliyev qeyd edib:
“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər".