Ru
13:39 / 14 Aprel 2026

Mehriban Xanlarova indi nə işlə məşğuldur?

Mehriban Xanlarova indi nə işlə məşğuldur?
Eye

Əməkdar artist Mehriban Xanlarova uzun müddət sonra açıqlama verib.

Bakupost.az xəbər verir ki, Axşam.az-a danışan aktrisa hazırda heç bir yerdə çalışmadığını deyib.

O bildirib ki, başı problemlərinin həllinə qarışıb:

"Televiziyadan öz istəyimlə uzaqlaşdım. Zəng gəlir, amma bir müddət ara vermək istədim. Daha böyük problemlərlə məşğulam".

Teatrdan uzaqlaşan aktrisa fəaliyyətini yenidən bərpa etmək istəyini gizlətməyib:

"Hələ düşünmürəm, amma istəyirəm. Aktrisa teatrsız qala bilməz. Yenidən AzDrama-da çalışmaq istəyirəm. Başqa teatra gedə bilmərəm. Darıxmıram desəm, yalan olar. Mən teatr, ən çox da tamaşaçı alqışı üçün darıxıram. Hazırda heç bir yerdə çalışmıram, serial, film çəkilişi də yoxdur".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar