Ru
20:30 / 01 Dekabr 2025

Mehriban Xanlarova niyə görə işdən çıxarılıb?

Mehriban Xanlarova niyə görə işdən çıxarılıb?
Eye

Öz ərizəsi və müraciəti əsasında əməkdar artist Mehriban Xanlarova ilə əmək müqaviləsinə xitam verilib.

Bakupost.az xəbər verir ki, bu barədə Kult.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.

Qurum əlavə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına etiraz olaraq işdən çıxmaqla bağlı ərizə verdiyini bildirmişdi. Azdramdan ərizəyə 1 ay müddətində baxılacağı bildirilsə də, 3 gün ərzində M.Xanlarovanın işdən çıxmaqla bağlı istəyi təmin edildi.

M.Xanlarova isə ərizəsinin qəbul edilməsindən təəccübləndiyini gizlətmədi və bunu gözlənilməz adlandırdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar