Ru
15:24 / 06 May 2026

Məhsulun istifadə müddəti belə dəyişdirilirmiş... - VİDEO

Məhsulun istifadə müddəti belə dəyişdirilirmiş...  - VİDEO
Eye

Sosial şəbəkələrdə yayılan görüntü geniş müzakirələrə səbəb olub.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, paylaşılan videoda içki məhsulunun üzərindəki istifadə müddətinin dəyişdirildiyi görünür. Görüntülərdə məhsulun əvvəlki tarixinin silinərək yerinə yeni tarix yazıldığı əks olunub ki, bu da izləyicilərin diqqətini cəlb edib.

Video qısa müddətdə yayılaraq çoxsaylı şərhlərlə qarşılanıb. İstifadəçilər bunu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək narazılıqlarını bildiriblər. Digərləri isə görüntülərin harada və hansı şəraitdə çəkildiyinin dəqiqləşdirilməsinin vacib olduğunu vurğulayıblar.

Mütəxəssislər qeyd edirlər ki, məhsulların istifadə müddətinin bilərəkdən dəyişdirilməsi qanunvericiliyə ziddir və insan sağlamlığı üçün ciddi risk yarada bilər. Bu kimi hallarla qarşılaşan vətəndaşlara aidiyyəti qurumlara müraciət etmək tövsiyə olunur.

Həmin videonu təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar